İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VII Beynəlxalq Elmi Konfransına daha əvvəl başqa hər hansı bir yerdə nəşr və məruzə olunmamış orijinal tədqiqat işləri göndərilməlidir. Təqdim olunan məruzələr konfransın elm komitəsi tərəfindən dəyərləndiriləcəkdir. Müəyyən edilmiş yazı qaydalarına və konfransın tələblərinə uyğun olmayan tədqiqat işləri qəbul olunmayacaqdır.
Məruzələr Azərbaycan, Türk, İngilis və Rus dillərində təqdim edilə bilər.
Məruzələr “doc” və “docx” sonluqlu MS Office Word faylında göndərilməlidir. Məruzənin mətni Times New Roman 12 şrifti ilə, sətirlərarası məsafə 1,15, Justify formatında olmaqla A4 ölçülü vərəqlərdə yazılmalıdır. Vərəqin parametrləri: sol kənar – 2.5 sm, sağ kənar – 1.5 sm, alt və üst – 2.0 sm.
Təqdim olunacaq məruzənin işarə sayı (boşluqlar və ədəbiyyat siyahısı istisna olmaqla) 10000-14000 aralığında olmalıdır.
Məruzənin adı sözlərin yalnız ilk hərfləri böyük olmaqla Bold, Center formatında yazılır.
Müəllifin məlumatları (adı, ata adı və soyadı, təmsil etdiyi təşkilatın adı, email ünvanı) 12 şriftlə, Bold, Center formatında məruzənın adının altında yazılır.
Məruzə Xülasə, Giriş, Əsas hissə, Nəticə və tövsiyələr, Ədəbiyyat siyahısı kimi hissələrdən ibarət olmalıdır.
Xülasə 150-250 sözdən ibarət olmaqla Times New Roman 10 şrift, sətir aralığı 1.15, Justify formatında yazılır. Xülasənin mətnində mövzunun aktuallığı, tədqiqatın məqsədi, istifadə edilən metodların adı, alınan nəticələr və onların tətbiqi ilə bağlı tövsiyələr göstərilməlidir. Məruzə İngilis dilində yazıldıqda, xülasənin Azərbaycan dilində tərcüməsi də yazılmalıdır. Məruzə Azərbaycan, Türk və Rus dillərində yazıldıqda isə xülasə məruzənin yazıldığı dildə və İngilis dilində tərtib edilməlidir.
Açar sözlər: Xülasədən sonrakı sətirdə 3-5 sözdən ibarət açar sözlər (Italic) qeyd olunur.
Açar sözlərdən sonrakı sətirdə tədqiqatın aid olduğu sahələrə uyğun JEL kodları göstərilir. http://www.aeaweb.org/jel/jel_class_system.php
“Giriş” hissəsində tədqiqat mövzusunun aktuallığı və onun elmi baxımdan əhəmiyyəti, tədqiqatın məqsədi və vəzifələri, istifadə edilən metodlar, tədqiqatın informasiya bazası, tədqiqatın məhdudiyyətləri və tətbiqi əhəmiyyəti göstərilir.
“Əsas hissə” yarımbaşlıqlara bölünə bilər (ədəbiyyat icmalı, metod və dəyişənlər, nəticələrin müzakirəsi və s.). Bu hissədə mövzu üzrə ədəbiyyat araşdırması aparılır, tətqiqat metodlarının tətbiqi ilə alınan arqumentlər izah olunur, mövcud nəzəri müddəalar və başqa tədqiqatçıların nəticələri ilə müqayisələr aparılır.
“Nəticə və tövsiyələr” hissəsində tədqiqatın yekun nəticələrinin ifadə edilməsi, onların tətbiqinə və aşkarlanan problemlərin həllinə dair tövsiyələr verilməsi, bu istiqamətdə yeni tədqiqat istiqamətlərinin göstərilməsi tövsiyə olunur.
Mətnin əsas başlıqlarının adında sözlərin baş hərfləri böyük, Bold, sola yaslanmış, alt başlıqları isə Times New Roman 12 şrifti ilə yalnız başlığın ilk hərfi böyük, Bold, sola yaslanmış şəkildə (Align left) yazılmalıdır.
Mətndə paraqraf aralığı öncə və sonra 6 pt, hər başlıqdan sonra bir sətr boşluq buraxılmaqla yazılmalıdır. Cümlələr abzasdan 0.5 məsafədən başlayır.
Cədvəl, şəkil və qrafiklərin daxili yazıları və alt şərhləri 1,0 aralıqlı sətirlə, Times New Roman 10 şrifti ilə, başlıqları isə yalnız ilk hərfi böyük olmaqla 10 şriftlə sola yaslanmış (Align left), Bold yazılmalıdır.
Tədqiqat işində istinadlar APA stilinə uyğun olaraq qeyd olunur. Yəni istinad cümlənin sonunda mötərizə içində müəllifin (və ya müəlliflərin) soyadı, nəşr ili göstərilir. İstinaddan sonra nöqtə qoyulur. Məruzə içərisində minimum 10 istinad göstərilməli və minimum 6 ədəbiyyatdan istifadə olunmalıdır.
İstinad nümunələri:
Mənbə tək müəllifli olduqda – (Məmmədov, 2017).
İki müəllifli olduqda – (Əliyev və Osmanov, 2024), (Krugman & Stiglitz, 2020).
Üç və daha çox müəllifli olduqda – (Kernis və b., 2025), (Krugman, et al., 2019).
Əgər istinad olunan mənbə təşkilata və ya dövlət qurumuna aiddirsə, onda ilk istinadda həmin qurumun adı olduğu kimi qeyd olunur, sonrakı istinadlarda isə adın qısaltması qeyd olunur.
Nümunə:
- ilk istinad (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2024),
- növbəti istinadlar (ARDSK, 2024)
Əgər bir hissədə birdən çox mənbəyə istinad verilmişdirsə, onda mənbələr əlifba sırasına görə düzülür, nöqtəli vergül ilə bir birindən ayrılır (Akar, 2020; Çalışkan, 2025; Dinçer ve Kolaşin, 2019; Krugman, 2019; Rodric, 2025)
Eyni soyada sahib olan müəllifləri qarışdırmamaq üçün adın ilk hərfi də istifadə oluna bilər – (E. Johnson, 2001; L. Johnson, 1998)
CƏDVƏL VƏ QRAFİKLƏRİN GÖSTƏRİLMƏ FORMASI
Cədvəl 1. Təsərrüfat subyektlərinin illər üzrə say dinamikası
İllər Göstəricilər | 2017 | 2018 | 2019 | 2020 | 2021 | 2022 | 2023 | 2024 |
Kənd təsərrüfatı müəssisələri | 2653 | 1782 | 2043 | 1659 | 1592 | 1608 | 1641 | 1471 |
Kənd təsərrüfatı kooperativləri | 250 | 164 | 73 | 49 | 55 | 55 | 45 | 38 |
Fermer təsərrüfatları | 3248 | 2681 | 2618 | 1534 | 1468 | 955 | 907 | 910 |
Mənbə: ARDSK, 2025. (https://www.stat.gov.az/source/agriculture/).
Qrafik 1: Əsas növ kənd təsərrüfatı məhsullarının ixrac dinamikası (milyon ABŞ dolları)

Mənbə: ARDSK, www.stat.gov.az (15.02.2025)
Ədəbiyyatlar yazıldığı dillər üzrə qruplaşdırılır və həmin dilin əlifba sırası ilə olmaqla Times New Roman 12 şrifti ilə, sətirlərarası məsafə 1,15, Justify formatında sıralanır.
Mənbələrin ədəbiyyat siyahısında göstərilmə forması:
Abbas, Z., Afshan, G., & Mustifa, G. (2022). The effect of financial development on economic growth and income distribution: An empirical evidence from lower-middle and upper-middleincome countries. Development Studies Research, 9(1), 117-128. https://doi.org/10.1080/2166509 5.2022.2065325
Bist, J. P., & Bista, N. B. (2018). Finance-growth nexus in Nepal: An application of the ARDL approach in the presence of structural breaks. Vikalpa, 43(4), 236-249. https://doi.org/10.1177/0256090918813211
Central Bank of Azerbaijan Republic (CBAR). (2023). Macroeconomic indicators
Dickey, D., & Fuller, W. (1981). Likelihood ratio statistics for autoregressive time series with a unit root. Econometrica, 49(4), 1057-1072. Retrieved from www.u.arizona.edu/~rlo/readings/278800.pdf
Matei, I. (2020). Is financial development good for economic growth? Empirical insights from emerging European countries. Quantitative Finance and Economics, 4(4), 653-678. https://doi.org/10.3934/QFE.2020030
Schumpeter, J. A. (1934). The theory of economic development: An inquiry into profits, capital, credit, interest, and the business cycle (R. Opie, Trans.) MA: Harvard University Press
Məruzənin sonunda oxşarlıq yoxlamasından keçirilmə üzrə hesabat əlavə edilməlidir.
Aşkarlanmış oxşar hissələrin həcmi 25 %-dən çox olmamalı, aşkarlanmış hissələrdə istinadlar mütləq göstərilməlidir. Bu qaydaya riayət edilməyən məruzə baxılmadan geri qaytarılır.