Konfrans üçün məruzələrin hazırlanması QAYDALARI

İQTİSADİYYAT VƏ İDARƏETMƏ SAHƏSİNDƏ TƏDQİQATÇILARIN

VIII BEYNƏLXALQ ELMİ KONFRANSI (ISCEMR VIII)

Müəlliflər üçün yazı qaydaları

İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransına daha əvvəl başqa hər hansı bir yerdə nəşr və məruzə olunmamış orijinal tədqiqat işləri göndərilməlidir. Təqdim olunan məruzələr konfransın elm komitəsi tərəfindən dəyərləndiriləcəkdir. Müəyyən edilmiş yazı qaydalarına uyğun olmayan məruzələr konfransın elm komitəsi tərəfindən geri qaytarılır və baxılmağa qəbul edilmir. Elm komitəsi tərəfindən müsbət dəyərləndirilən əsərlər konfransda məruzə edilməsi üçün qəbul ediləcək.

Məruzələr Azərbaycan, Türk, İngilis və ya Rus dilində təqdim edilə bilər. Tədqiqat xarakterli məruzələr aşağıdakı bölmələr üzrə hazırlanmalıdır:

  • Mövzunun adı;
  • Müəllif məlumatları;
  • Xülasə, açar sözlər və JEL kodu;
  • Giriş;
  • Ədəbiyyat icmalı;
  • Metod və dəyişənlər;
  • İlkin nəticələr və müzakirə;
  • Nəticə və tövsiyələr
  • Ədəbiyyat siyahısı

İcmal xarakterli məruzələrdə “ədəbiyyat icmalı”, “metod və dəyişənlər”, “ilkin nəticələr və müzakirə” hissələri birləşdirilə və ümumi ad altında (nümunə üçün, “əsas hissə”) təqdim edilə bilər.

Məruzənin adı 10-14 sözdən cox olmamaqla Times New Roman 14 şrifti ilə, sözlərin yalnız ilk hərfləri böyük olmaqla qalın (Bold) və mərkəzləşdirilmiş (Center) formada yazılır.

Müəllif məlumatları – ad və soyadı, elmi dərəcə və ad, hazırkı təhsil səviyyəsi (magistrant, doktorant), universitet e-maili Times New Roman 12 şrifti ilə, qalın (Bold) və mərkəzləşdirilmiş (Center) formada məruzə başlığının altında yazılır.

Xülasə – məruzənin hazırlandığı dildə 150-200 sözdən ibarət olmaqla mövzunun aktuallığını, tədqiqatın məqsədini, obyektini və əhatə etdiyi dövrü, istifadə edilən metodları və dəyişənləri, alınan əsas nəticələri və tövsiyələri əks etdirməlidir. Hər bir məruzənin yazıldığı dildə xülasəsi ilə yanaşı ingilis dilində də tərcüməsi verilməlidir. Əgər məruzə Azərbaycan dilində hazırlanmayıbsa, onda xülasənin Azərbaycan dilində tərcüməsi də olmalıdır. Xülasədən sonra yeni abzasdan 4-8 sözdən çox olmayan açar sözlər kursivlə verilir. Açar sözlərdən sonrakı abzasda tədqiqatın aid olduğu sahələrə uyğun JEL (http://www.aeaweb.org/jel/jel_class_system.php) kodları yer almalıdır.  Xülasə və açar sözlər Times New Roman 10 şrifti ilə, sətir aralığı 1 və hər iki tərəfdən sütunlanmış (justifed) formada yazılır.

“Giriş” hissəsində mövzunun aktuallığı və işlənmə səviyyəsi, tədqiqatın obyekti, predmeti və məqsədi, istifadə edilən informasiya bazası və metodlar, tədqiqatın məhdudiyyətləri, nəticələrin gözlənilən nəzəri və tətbiqi əhəmiyyəti qeyd edilməlidir. Giriş hissəsinin həcmi 1-1,5 səhifə ola bilər.

“Ədəbiyyat icmalı” hissəsində mövzu istiqamətində aparılmış nəzəri və empirik tədqiqatların nəticələrinin ümumiləşdirilməsi və qruplaşdırılması aparılmalı, elmi və tətbiqi “boşluqlar” qeyd edilməli və əldə  edilən arqumentlərin məruzənin məqsədi ilə əlaqələndirilməsi göstərilməlidir.

“Metod və dəyişənlər” hissəsində tədqiqat üçün seçilmiş metodun qısa təsviri və təhlil ediləcək göstəricilərin izahı verilməlidir.   

“İlkin nəticələr və müzakirə” hissəsində metodun tətbiqi ilə alınan nəticələr qeyd edilməli və bu nəticələrin ədəbiyyat icmalında qeyd edilən nəticələrlə müqayisəsi aparılmalıdır.

“Nəticə və tövsiyələr” hissəsində tədqiqatın ümumiləşdirilmiş nəticələri təqdim edilməli, bu mövzuda aparılacaq tədqiqatlara dair tövsiyələr verilməli, nəticələrin nəzəri və tətbiqi əhəmiyyəti qeyd edilməlidir.

“Ədəbiyyat siyahısı” mənbələrin yazıldığı dillər üzrə qruplaşdırılma və əlifba sırası ilə ardıcıl nömrələnmə ilə tərtib edilir. Ədəbiyyat siyahısında minimum 15 əsərin adı qeyd edilməlidir. Açıq internet resurslarında mövcud olan əsərlərin linkinin də qeyd edilməsi tövsiyə olunur. Mətndə istinadı olmayan mənbələrin ədəbiyyat siyahısına daxil edilməsi yolverilməzdir. Ədəbiyyat siyahısındakı mənbələrin əsas hissəsi son 5 ildə nəşr edilmiş əsərlərdən ibarət olmalıdır. Mənbələrin ədəbiyyat siyahısında qeyd edilməsi nümunələri:

Fukuda, S. (2025). Short-run and long-run consequences of unconventional monetary policy in Japan. Journal of the Japanese and International Economies, 77, 101375. https://doi.org/10.1016/j.jjie.2025.101375

Federal Reserve Bank of St. Louis. (n.d.). Federal Reserve Economic Data. (Brent oil prices were retrieved from Federal Reserve Economic Data). https://fred.stlouisfed.org/

Mishkin, F. S. (1996). The channels of monetary transmission: Lessons for monetary policy. NBER Working Paper No. 5464. https://doi.org/10.3386/w5464

Ədəbiyyat siyahısından sonra məruzənin plaqiat hesabatı (müvafiq proqram təminatı vasitəsilə aparılmış və proqram tərəfindən avtomatik formalaşan hesabat) yerləşdirilir. Məruzənin ümumi oxşarlıq əmsalı 25%-dən çox olmamalıdır. İşin oxşarlıq səviyyəsi bu normadan çox olduqda və işdə doğru istinadı olmayan oxşar hissələr aşkarlandıqda  məruzə geri qaytarılır və ona bir daha baxılmır.

Göndəriləcək məruzələr .doc, .docx sonluqlu MS Office Word fayl formatında hazırlanmalıdır. Səhifə ölçüləri: A4, sol kənar – 2.5 cm, sağ kənar 1.5 cm, alt və üst – 2.0 sm.

Məruzələrin mətni  Times New Roman 12 şrifti ilə, sətir aralığı – 1.15, abzas aralığı öncə və sonra 6 pt, hər başlıqdan sonra bir sətr boşluq buraxılmaqla yazılmalıdır.

Məruzənin həcmi (ədəbiyyat siyahısı, boşluqlar, cədvələr, sxemlər, qrafiklər, şəkillər, plagiat hesabatı istisna olmaqla) 7000 işarədən az və 15000 işarədən çox olmamalıdır.

Tədqiqatın əsas başlıqları Times New Roman 12 şrifti ilə sözlərin baş hərfləri böyük, Bold, sola yaslanmış, alt başlıqları isə Times New Roman 12 şrifti ilə yalnız başlığın ilk hərfi böyük, Bold, sola yaslanmış şəkildə yazılmalıdır.

Cədvəl, şəkil, sxem və qrafiklərin daxili yazıları, başlıqları və alt şərhləri 1,0 aralıqlı sətirlə, Times New Roman 10 şrifti ilə, başlıqları isə yalnızca ilk hərfi böyük olmaqla 10 şriftlə sola yaslanmış qalın (bold) hərflərlə yazılmalıdır.

Tədqiqat işində istinadlar APA stilinə uyğun olaraq  qeyd olunmalıdır.

İstinad nümunələri:

  • Mənbənin bir müəllifli olduğu halda (Məmmədov, 2007), (Pretty, 1994).
  • Mənbənin iki müəllifli olduğu halda – (Əliyev və Osmanov, 2014)., (Krugman & Stiglitz, 2010).
  • Mənbə üç və daha çox müəllif olduğu halda – (Kernis et al., 2013)
  • Təşkilat və qurumlara aid olan hesabat, məlumat bazası, layihə və araşdırmalara istinad forması – (ARDSK, 2025). Bu halda təşkilatın adı ədəbiyyat siyahısında tam və qısaldılmış formada verilir. Nümunə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi -ARDSK, 2025.
  • Əgər bir abzasda birdən çox mənbəyə istinad verilirsə, onda mənbələr əlifba sırasına görə düzülr və nöqtəli vergül ilə bir birindən ayrılır. Nümunə: (Smith, 2019; Acemoglu and Robinson, 2018; Dinçer et al. 2024).
  • Məlliflər eyni soyada sahib olduqda, soyaddan sonra adın baş hərfi də yazılır. Nümunə:  (Johnson E., 2021; Johnson L., 2018)

CƏDVƏL VƏ QRAFİKLƏRİN GÖSTƏRİLMƏ FORMASI

Cədvəl 1: Kiçik sahibkarlıq subyektlərinin əsas makro-iqtsadi gostəriciləri

 2020202120222023
Yaradılmış əlavə dəyər, milyon manat1 346,51 466,21 437,01987.8
Ümumi mənfəət, milyon manat122,8165,4175,4
İşçilərin orta illik sayı, min nəfər95,5109,0115,087,6
Orta aylıq nominal əmək haqqı, manat263,3303,5348,0302,1

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, www.stat.gov.az (20.11.2024)

Qrafik 1. Əsas növ kənd təsərrüfatı məhsullarının ixrac dinamikası (milyon ABŞ dolları ilə)

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, www.stat.gov.az (15.02.2022)