Konfrasın müzakirə mövzuları

1. Süni intellekt strategiyaları və makroiqtisadi modellər

  • Sİ və iqtisadi artım: kiçik dövlətlər üçün ekonometrik proqnozlaşdırma
  • Sİ strategiyalarının iqtisadi effektivliyinin ölçülməsi üzrə KPI modelləri
  • Dövlət büdcəsinin idarə olunmasında Sİ: ” Alqoritmik Büdcə” və xərclərin optimallaşdırılması

2. Rəqəmsal suverenlik və geo-iqtisadiyyat

  • Kiçik dövlətlər üçün “Data Suverenliyi”: qlobal texnoloji asılılıqdan strateji çıxış yolları
  • Rəqəmsal diplomatiya: beynəlxalq Sİ alyanslarında kiçik ölkələrin rolu
  • Cənubi Qafqazda “Rəqəmsal Hub” formalaşdırılması: regional Sİ əməkdaşlığı perspektivləri

3. Maliyyə, bank və Sİ

  • Bank sektorunda prediktiv analitika: kredit skorinqi və fırıldaqçılıqla mübarizə
  • Rəqəmsal valyutaları və pul-kredit siyasətinin avtomatlaşdırılması
  • Algoritmik ticarət: maliyyə bazarlarında Sİ-in tənzimlənməsi və bazar sabitliyi

4. Mühasibat uçotu, audit və Sİ

  • Mühasibat əməliyyatlarının avtomatlaşdırılması və insan xətasının azaldılması
  • Sİ əsaslı audit: maliyyə hesabatlarında kənarlaşmaların aşkarlanması
  • Mühasib peşəsinin transformasiyası: “Məlumat girişindən” “Strateji data analitiki” statusuna keçid
  • Sİ vasitəsilə maliyyə vəziyyətinin monitorinqi

5. Marketinq və istehlakçı davranışı

  • Hiper-fərdiləşdirmə: Sİ vasitəsilə istehlakçı ehtiyaclarının proqnozlaşdırılması
  • Neyromarketinq və Sİ: İstehlakçı emosiyalarının tanınması və reklam effektivliyinin analizi
  • Prediktiv müştəri analitikası: Müştəri loyallığı və “müştəri itkisi” riskinin idarə edilməsi
  • Sİ və brend etikası: alqoritmik manipulyasiya və rəqəmsal reklamda etimad məsələləri

6. Sığorta bazarı və Sİ

  • Sığorta risklərinin qiymətləndirilməsində maşın öyrənməsi modelləri
  • Big Data əsaslı fərdiləşdirilmiş sığorta məhsulları və müştəri loyallığı
  • Sİ vasitəsilə sığorta sahəsində əmərəliliyin artırılması

7. “Orta Dəhliz”, nəqliyyat və logistika

  • “Orta Dəhliz”in rəqəmsal əkizi: yükdaşımaların Sİ-lə idarə olunması
  • Multimodal daşımalarda marşrutların optimallaşdırılması və avtonom nəqliyyat sistemləri
  • “Ağıllı Gömrük”: sərhəd-keçid proseslərində avtomatlaşdırılmış risk analizi

8. Kiçik və orta biznes (KOB) və rəqəmsal transformasiya

  • KOS-ın Sİ-yə keçidində maliyyə və kadr maneələrinin aradan qaldırılması
  • E-ticarətdə generativ Sİ: müştəri təcrübəsinin fərdiləşdirilməsi və satış proqnozları
  • KOS-da rəqəmsal transformasiyanın investisiya gəlirliliyi (ROI) təhlili

9. Aqrar sektor və qida təhlükəsizliyi

  • İqlim dəyişikliyi şəraitində qida təhlükəsizliyinin proqnozlaşdırılması
  • Aqrar sektorda su və resurs sərfiyyatının Sİ vasitəsilə optimallaşdırılması

10. Regional inkişaf və “Ağıllı şəhərlər”

  • Şəhər və kənd infrastrukturunun idarə olunmasında Sİ-nin iqtisadi səmərəsi
  • İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı İnfrastruktur” və Sİ əsaslı bərpa modelləri
  • Urbanizasiya və nəqliyyat tıxaclarının həllində Sİ-nin tətbiqi

11. Əmək bazarı və gələcəyin peşələri

  • “İnsan-Sİ əməkdaşlığı”: Əmək bazarında dəyişən rollar və struktur işsizlik riski
  • Platforma iqtisadiyyatı və Sİ vasitəsilə əməyin iqtisadi tənzimlənməsi
  • İşçi qüvvəsinin “Upskilling” və “Reskilling” ehtiyaclarının Sİ analitikası

12. Ali təhsil və elmi tədqiqatlar

  • Sİ əsaslı fərdiləşdirilmiş təhsil trayektoriyaları və virtual laboratoriyalar
  • Akademik dürüstlük və generativ Sİ: elmi tədqiqat metodologiyasının transformasiyası
  • Universitet-Sənaye əməkdaşlığında Sİ klasterləri və innovasiya mərkəzləri

13. Sİ-in Tənzimlənməsi və alqoritmik şəffaflıq

  • Sİ-nin hüquqi subyektliyi: mülkiyyət və mülki məsuliyyət normalarının müəyyən edilməsi
  • Avropa İttifaqının “AI Act” modeli və milli qanunvericiliyin beynəlxalq standartlara adaptasiyası
  • İqtisadi qərarlarda alqoritmik qərəzlilik və etik maneələrin hüquqi tənzimlənməsi

14. Kibertəhlükəsizlik, data gizliliyi və etika

  • Data gizliliyi və fərdi məlumatların qorunmasının iqtisadi-hüquqi aspektləri
  • Sİ əsaslı kibertəhdidlər: biznesin davamlılığı və rəqəmsal infrastrukturun müdafiəsi
  • Rəqəmsal iqtisadiyyatda etika: Sİ və sosial ədalət prinsipləri

15. Milli məzmun, dil və mənəvi dəyərlər

  • Azərbaycan dili korpusunun (LLM) inkişafı: iqtisadi zərurət və milli suverenlik
  • Milli-mənəvi dəyərlərin qlobal alqoritmlərdə qorunması və rəqəmsal məzmun strategiyası
  • Milli Sİ ekosisteminin formalaşmasında “Open Data” və “Open Science” siyasəti