1. Süni intellekt strategiyaları və makroiqtisadi modellər
- Sİ və iqtisadi artım: kiçik dövlətlər üçün ekonometrik proqnozlaşdırma
- Sİ strategiyalarının iqtisadi effektivliyinin ölçülməsi üzrə KPI modelləri
- Dövlət büdcəsinin idarə olunmasında Sİ: ” Alqoritmik Büdcə” və xərclərin optimallaşdırılması
2. Rəqəmsal suverenlik və geo-iqtisadiyyat
- Kiçik dövlətlər üçün “Data Suverenliyi”: qlobal texnoloji asılılıqdan strateji çıxış yolları
- Rəqəmsal diplomatiya: beynəlxalq Sİ alyanslarında kiçik ölkələrin rolu
- Cənubi Qafqazda “Rəqəmsal Hub” formalaşdırılması: regional Sİ əməkdaşlığı perspektivləri
3. Maliyyə, bank və Sİ
- Bank sektorunda prediktiv analitika: kredit skorinqi və fırıldaqçılıqla mübarizə
- Rəqəmsal valyutaları və pul-kredit siyasətinin avtomatlaşdırılması
- Algoritmik ticarət: maliyyə bazarlarında Sİ-in tənzimlənməsi və bazar sabitliyi
4. Mühasibat uçotu, audit və Sİ
- Mühasibat əməliyyatlarının avtomatlaşdırılması və insan xətasının azaldılması
- Sİ əsaslı audit: maliyyə hesabatlarında kənarlaşmaların aşkarlanması
- Mühasib peşəsinin transformasiyası: “Məlumat girişindən” “Strateji data analitiki” statusuna keçid
- Sİ vasitəsilə maliyyə vəziyyətinin monitorinqi
5. Marketinq və istehlakçı davranışı
- Hiper-fərdiləşdirmə: Sİ vasitəsilə istehlakçı ehtiyaclarının proqnozlaşdırılması
- Neyromarketinq və Sİ: İstehlakçı emosiyalarının tanınması və reklam effektivliyinin analizi
- Prediktiv müştəri analitikası: Müştəri loyallığı və “müştəri itkisi” riskinin idarə edilməsi
- Sİ və brend etikası: alqoritmik manipulyasiya və rəqəmsal reklamda etimad məsələləri
6. Sığorta bazarı və Sİ
- Sığorta risklərinin qiymətləndirilməsində maşın öyrənməsi modelləri
- Big Data əsaslı fərdiləşdirilmiş sığorta məhsulları və müştəri loyallığı
- Sİ vasitəsilə sığorta sahəsində əmərəliliyin artırılması
7. “Orta Dəhliz”, nəqliyyat və logistika
- “Orta Dəhliz”in rəqəmsal əkizi: yükdaşımaların Sİ-lə idarə olunması
- Multimodal daşımalarda marşrutların optimallaşdırılması və avtonom nəqliyyat sistemləri
- “Ağıllı Gömrük”: sərhəd-keçid proseslərində avtomatlaşdırılmış risk analizi
8. Kiçik və orta biznes (KOB) və rəqəmsal transformasiya
- KOS-ın Sİ-yə keçidində maliyyə və kadr maneələrinin aradan qaldırılması
- E-ticarətdə generativ Sİ: müştəri təcrübəsinin fərdiləşdirilməsi və satış proqnozları
- KOS-da rəqəmsal transformasiyanın investisiya gəlirliliyi (ROI) təhlili
9. Aqrar sektor və qida təhlükəsizliyi
- İqlim dəyişikliyi şəraitində qida təhlükəsizliyinin proqnozlaşdırılması
- Aqrar sektorda su və resurs sərfiyyatının Sİ vasitəsilə optimallaşdırılması
10. Regional inkişaf və “Ağıllı şəhərlər”
- Şəhər və kənd infrastrukturunun idarə olunmasında Sİ-nin iqtisadi səmərəsi
- İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı İnfrastruktur” və Sİ əsaslı bərpa modelləri
- Urbanizasiya və nəqliyyat tıxaclarının həllində Sİ-nin tətbiqi
11. Əmək bazarı və gələcəyin peşələri
- “İnsan-Sİ əməkdaşlığı”: Əmək bazarında dəyişən rollar və struktur işsizlik riski
- Platforma iqtisadiyyatı və Sİ vasitəsilə əməyin iqtisadi tənzimlənməsi
- İşçi qüvvəsinin “Upskilling” və “Reskilling” ehtiyaclarının Sİ analitikası
12. Ali təhsil və elmi tədqiqatlar
- Sİ əsaslı fərdiləşdirilmiş təhsil trayektoriyaları və virtual laboratoriyalar
- Akademik dürüstlük və generativ Sİ: elmi tədqiqat metodologiyasının transformasiyası
- Universitet-Sənaye əməkdaşlığında Sİ klasterləri və innovasiya mərkəzləri
13. Sİ-in Tənzimlənməsi və alqoritmik şəffaflıq
- Sİ-nin hüquqi subyektliyi: mülkiyyət və mülki məsuliyyət normalarının müəyyən edilməsi
- Avropa İttifaqının “AI Act” modeli və milli qanunvericiliyin beynəlxalq standartlara adaptasiyası
- İqtisadi qərarlarda alqoritmik qərəzlilik və etik maneələrin hüquqi tənzimlənməsi
14. Kibertəhlükəsizlik, data gizliliyi və etika
- Data gizliliyi və fərdi məlumatların qorunmasının iqtisadi-hüquqi aspektləri
- Sİ əsaslı kibertəhdidlər: biznesin davamlılığı və rəqəmsal infrastrukturun müdafiəsi
- Rəqəmsal iqtisadiyyatda etika: Sİ və sosial ədalət prinsipləri
15. Milli məzmun, dil və mənəvi dəyərlər
- Azərbaycan dili korpusunun (LLM) inkişafı: iqtisadi zərurət və milli suverenlik
- Milli-mənəvi dəyərlərin qlobal alqoritmlərdə qorunması və rəqəmsal məzmun strategiyası
- Milli Sİ ekosisteminin formalaşmasında “Open Data” və “Open Science” siyasəti